“Sabah” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün bir məşqə çıxıb. 

Jelko Sopiçin yetirmələri axşam saatlarında, “Titanik” otelinin meydançasında baş tutan hazırlıqda həm taktiki-texniki, həm də fiziki təmrinləri yerinə yetiriblər.

“Sabah”, yanvarın 15-də hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Komanda Rumıniyanın “Akademika” (Klinçeni) klubu ilə qarşılaşacaq. Belekdəki “Titanik Mardan” stadionunda keçiriləcək oyuna yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) start veriləcək.

Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.