“Sabah”dan qapıçısı ilə yeni müqavilə
- 26 Dek 2023 21:45
- 323
“Sabah” FK qapıçı Nicat Mehbalıyevlə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 23 yaşlı qolkiperlə yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.
Nicat 2020-ci ildən “Sabah”ın üzvüdür. Qolkiper Premyer Liqada ilk oyununu 2020/21-ci illər mövsümündə bu komandanın heyətində keçirib.