"Neftçi"dən ayrılan Qara Qarayevin adının hallandığı klublardan biri də "Sabah"dı.

Rekord.az məsələ ilə bağlı sözügedən klubun mövqeyini öyrənib.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov məsələyə qısa münasibət bildirdi: "Hansısa futbolçu ilə anlaşma əldə etməyimizlə bağlı məlumatlar həqiqəti əks etdirmir. Belə bir məsələ olanda biz bunu rəsmi şəkildə paylaşırıq".