“Sabah” klubu hücumçusu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan milli komandasının hücumçusu ilə bir illik sözləşmə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şeydayevin növbəti mövsüm də "Sabah"da çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, 24 yaşlı forvard bu ilin fevralından Bakı klubunda forma geyinir.