Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən "Sabah" bu gün növbəti yoxlama matçını keçirib.

Rekord.az xəbər verir ki, Bakı təmsilçisi "Krivbas" (Ukrayna) ilə qarşılaşıb.

"Brejitse" stadionunda gerçəkləşən matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. “Sabah”ın ilk qolunu Coy Lens Mikels vurubsa, ikinci topu rəqib futbolçu öz qapısından keçirib.

Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın "Koper" komandasına 1:0 hesabı ilə qalib gəlib. "Çukariçki" (Serbiya) kollektivi ilə görüş isə qolsuz yekunlaşıb.