![photo](https://www.rekord.az/storage/uploads/5/363488730-826151475719140-7316942135569748839-n.jpg)
“Sabah”dan tarixi matçda inamlı qələbə!
- 26 İyl 2023 21:55
- 487
Bu gün Azərbaycan təmsilçiləri Avropa Konfrans Liqasında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, ilk olaraq meydana "Sabah" komandası çıxıb.
Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFS-in qonağı olub.
Paytaxt təmsilçisi bu oyunla avrokuboklarda debüt edib. Çexiyalı FIFA referisi Yan Maxalekin idarə etdiyi matçda Azərbaycan təmsilçisi inamlı qələbəyə sevinb.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq.
Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul
RFS - "Sabah" 0:2
Qol: Boyan Letiç, 22. Davit Volkov, 56.
Baş hakim: Yan Maxalek (Çexiya)
Yurmala. “Sloka” stadionu.
RFS: 1. Pavel Şteynbor (k), 11. Robert Savalniek, 23. Herdi Prenqa, 43. Jiqa Lipuşçek, 25. Petr Mareş, 27. Adam Marhiyev, 26. Stefan Paniç, 7. İsmael Diomande, 17. Sedrik Kuadio, 10. Emerson, 19. Andrey İliç.
Ehtiyat oyunçular: 13. Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniel Ontujan, 9. Yanis İkauniek, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 52. Marçis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Jaleyko.
Baş məşqçi: Viktor Moroz.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabaqal, 44. Sofian Çakla, 2. Amin Seyidov, 15. Kristian da Silva, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 18. Davit Volkov, 77. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vensan Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 28. Jarl Marqarita, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Murad Musayev.