“Sabah” basketbol komandasının FIBA Avropa Kubokunun qrup mərhələsindəki ilk rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, “bayquşlar" Çempionlar Liqasının təsnifat mərhələsində məğlub olduğu İsveçin "Norrçepinq Dolfins" kollektivi ilə qarşılaşacaq.

Paytaxt təmsilçisinin növbəti iki rəqibi daha sonra məlum olacaq.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.