“Sabah”ın “Soldati di sabah” azarkeş qrupu mövsümün yekunu ilə bağlı açıqlama yayıb.

Rekord.az sizi həmin açıqlama ilə tanş edir:

“Bir mövsüm də başa çatdı. Bəlkə də öncədən bu cür dramatik sonluq heç kimin ağlına gəlməzdi. Klubun ötən mövsümkü parlaq çıxışından sonra bəlkə də bir çoxu avrokubokla bağlı məsələnin son tura qalacağına inanmırdı. Bəlkə də belə olması daha yaxşı oldu. Çünki kimlərin klub üçün doğrudan can yandırdığı, yaxşı gündə də pis gündə də arxasında olduğu bəlli oldu. Son həftə "Neftçi Arena"da qapıarxası tribunada olanlar ürəyi "Sabah"la döyünənlər idi. Həmin gün bütün "Sabah"lılar əsl azarkeş idi, təkcə azarkeş qrupu yox. Həmin gün bütün "Sabah" bir yumruq kimi birləşmişdi. Soyuq-isti demədən tribunada yerini alan azarkeşlər, klubun əməkdaşları da, rəhbərliyi və klubun prezidenti Maqsud Adıgözəlovda. Bu "Sabah" ailəsinin birliyinin sübutu idi. Meydanda can qoyan futbolçular, ehtiyat skamyada olan və tribunada komandanı daim irəli səsləyən "Sabah" ailəsi və qazanılan çox vacib və tarixi qələbə! Son oyunumuzda meydanda, ondan kənarda olan hər şey sabah üçün ümid, inam verdi. Bu "Sabah"ın hələ çox parlaq sabahları olacaq. Deyiləcək çox sözümüz var - həm tribunada, həm də meydanda. Əsgərlər əbədi yaşayacaq!”

Xatırladaq ki, “Sabah” 2023/2024 mövsümünü 2-ci pillədə – gümüş medallarla başa vurub.