"Sabah"ın düşərgəsində braziliyalı futbolçu
- 26 Sen 2021 09:45
- 689
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Rekord.az xəbər verir ki, paytaxt klubu baxışa braziliyalı oyunçu çağırıb. 22 yaşlı mərkəz müdafiəçisi Hiqor Qabriel artıq komandanın düşərgəsindədi. Məşqçilər korpusu yaxın günlərdə onunla bağlı yekun qərar verəcək.
Bunu “Football-plus.az” saytına açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbər Elnur Həmidov deyib:
"Braziliyalı mərkəz müdafiəçisi 3 gündü düşərgəmizdədi. Onunla hələ ki rəsmi müqavilə bağlanmayıb. Nə vaxt məşqçilər korpusu qərar versə, “Sabah”a keçib-keçməyəcəyi bəlli olacaq”.
Hiqor Qabriel son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.