"Sabah"ın düşərgəsində iki yeni futbolçu
- 27 İyl 2021 12:00
- 706
Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah" yoxlanışa 2 futbolçu dəvət edib.
Rekord.az xəbər verir ki, onlardan biri Azərbaycan əsilli rusiyalı İlqar Ələkbərovdur.
20 yaşlı vinger hazırda azad agentdir. O, Rusiya U-18 millisində də çıxış edib.
Digər futbolçu isə gürcüstanlı Mikheil Ergemlidzedir. 21 yaşlı hücumçu son mövsümü "Adana Dəmirspor"da keçirib. Gürcüstanın aşağıyaş qruplarında oynamış gənc futbolçu "Dinamo" Tbilisi klubuna məxsusdur. (sportinfo.az)