Əvəzedicilər Liqasında 33-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Turan Tovuz-2” – “Zirə-2” oyunu qolsuz bitib. “Araz-Naxçıvan-2” ilə qarşılaşan “Sabah-2” isə darmadağına sevinib.

Əvəzedicilər Liqası
33-cü tur

6 may

“Turan Tovuz-2” – “Zirə-2” 0:0
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Rəşad Quliyev, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2” 1:8
Qollar: Vüsal Alızadə, 53 - Nicat Quliyev, 19-pen; 27; 33; 81. İdris İnqilablı, 30; 37. Firəddin Abdullayev, 42. Yaqub Yusubov, 49.
Hakimlər: Nazim Abdullayev, Anar Bədəlov, Mirnihad Seyidov, Alik Yunusov.
Binə qəsəbə stadionu, 15:00.