
“Sabah”ın əvəzedicilərindən darmadağın
- 05 Mar 2025 17:20
- 58
Əvəzedicilər Liqasında 25-ci turun növbəti oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Turan Tovuz-2” “Zirə-2” üzərində çətin qələbəyə sevinib. “Sabah-2” isə “Araz-Naxçıvan-2” ilə görüşdə darmadağınla qalib gəlib.
Əvəzedicilər Liqası
25-ci tur
5 mart
“Turan Tovuz-2” – “Zirə-2” 1:0
Qol: Əkbər Eyubov, 51-öz qapısına.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəşad Quliyev, Səxran İsmayılov.
“Sabah-2” – “Araz-Naxçıvan-2” 6:3
Qollar: Həmzəalı Mikayılov, 25-pen. Səbuhi Qurbanov, 49. Amir Qəribov, 57. Şahin İbrahimov, 63. Nihat Cabbarov, 71. Ramil Nuraxmedov, 90+3 – Elmir Cəfərov, 69. Tariq Hajjaj, 86. Ayxan Məcidov, 90.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.