“Sabah”ın futbolçusu bir oyunluq cəzalandı
- 07 Noy 2023 15:40
- 241
İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.
“Səbail” – “Turan Tovuz” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə matçın baş hakiminin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Sabah” – “Zirə” oyununun 42-ci dəqiqəsində “Sabah” klubunun 19 nömrəli futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sabah” klubu 500 manat cərimə edilib.