"Sabah"ın futbolçusu Tovuzdakı qalmaqal haqda
- 13 Noy 2023 13:00
- 338
Ötən gün Tovuzda keçirilən "Turan Tovuz" - "Sabah" matçı qalmaqalsız ötüşmədi.
Rekord.az xəbər verir ki, hakimin final fitindən sonra qonaqların futbolçusu Anatoli Nuriyevlə tovuzluların ehtiyat qapıçısı Tərlan Əhmədli arasında mübahisə düşdü.
Hətta tərəflər bir-birinə hücum da çəkdi. Lakin həmin vaxt orada olan digər futbolçular və xüsusilə də "Sabah"ın işçiləri aranı sakitləşdirə bildilər. "Sabah"lılar öz futbolçularını zorla oradan uzaqlaşdırmasaydılar, bəlkə də iş davaya dönəcəkdi. Matçdan sonra Anatoliya yaxınlaşıb baş verənlər haqda fikirlərini soruşduq. Futbolçu bu haqda danışmaq istəmədiyini bildirdi: "Bu hadisə haqda danışmaq istəmirəm. Olanlar meydançada qaldı. Sonradan biz məsələni yoluna qoyduq və aramızda hər hansı problem yoxdur".