“Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova milli komandasına dəvət alıb.

Rekord.az xəbər verir ki, Koçuk Moldova millisinin UEFA Millətlər Liqasında yeni mövsümün ilk iki oyunu üçün açıqlanan heyətində yer alıb.

Avqustun 29-da hazırlığa başlayacaq Moldova yığması sentyabrın 3-də ilk oyununu keçirəcək. Milli Kosovo ilə qarşılaşacaq. Komanda sentyabrın 6-da isə səfərdə Sloveniya ilə üz-üzə gələcək.