![photo](https://www.rekord.az/storage/uploads/5/diallo-800x520.jpg)
“Sabah”ın futbolçusunda koronavirus aşkarlandı
- 10 Apr 2021 11:40
- 593
“Sabah”ın futbolçusu Amadu Dialloda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib. 26 yaşlı fransız hücumçunun koronavirus testinin nəticəsi pozitiv olub.
“Sabah” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək.