“Sabah”ın futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu
- 19 May 2020 19:00
- 604
“Sabah”ın futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında koronavirus aşkarlanıb. (Report)
“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov, Komanda.az-a verdiyi açıqlamada, Məhəmmədin hazırda Bakıda olduğunu və onun karantinə alınmayacağını deyib:
“Məhəmməd Bakıdadır. Karantin elan olunmamışdan əvvəl ailəsiylə birlikdə idi, ancaq bir neçə müddətdir ki, ailəsindən ayrıdır. Məhəmməd karantinə alınmayacaq. Onun koronavirus testi də mənfi çıxıb”.