![photo](https://www.rekord.az/storage/uploads/5/kevin-kubemba.jpg)
“Sabah”ın hücumçusu Seneqalla oyuna dəvət aldı
- 11 Mar 2021 17:45
- 734
“Sabah”ın hücumçusu Kevin Kubemba Konqo millisinə dəvət olunub.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kuboku çərçivəsində Seneqal və Qvineya-Bisau yığması ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.
Qeyd edək ki, Konqo yığması Seneqalla martın 26-da evdə, Qvineya-Bisau ilə martın 30-da səfərdə qarşılaşacaq.
Kubemba Konqo millisində 2014-cü ildə debüt edib. O, 5 ildən çox idi yığmaya dəvət almırdı.