Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turdan təxirə salınmış “Sabah-2” – “Keşlə-2” oyununun başlanma saatı müəyyənləşib.

Rekord.az xəbər verir ki, aprelin 28-də keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah”ın əvəzediciləri Birinci Divizionda 4-cü, “Keşlə”nin ikinci komandası isə 7-ci sırada qərarlaşıb.

Birinci Divizion
14-cü turun oyunu

28 aprel

Sabah-2 – Keşlə-2
Binə qəsəbə stadionu, 16:00.