"Sabah" klubunun UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılşacağı "Makkabi" (Hayfa) hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib.

Rekord.az xəbər verir ki, komanda İsrailin digər klubu "Makkabi" (Petah-Tikva) ilə qarşılaşıb.

Görüş "Sabah"ın rəqibinin məğlubiyyəti ilə bitib - 1:3.

"Sabah" "Makkabi" ilə ilk görüşünü iyulun 25-də, səfərdə cavab matçını isə avqustun 1-də Bakıda keçirəcək.