Dünən AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, İK Premyer Liqanın VII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

“Qarabağ” qarşılaşmada aqressiv hərəkətə görə meydançadan qovulan “Sabah”ın hücumçusu Xulio Sezar Rodriges isə 2 tur şərti olmaqla 4 matçlıq cəzaya məruz qalıb, klubu 3200 manat ziyana düşüb.

Paraqvaylı forvardın sınaq müddəti 3 ay təyin edilib. Matçda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” isə 800 manat cərimə olunub.

"Həmin hadisədən öncəki epizodda top uğrunda adi mübarizə gedirdi. Rəqib qapıçıya zərər yetirmək fikrim yox idi. Biz yerdə qaldıqda, o, mənim zədəli dizimin üzərinə yıxıldı".

Xulio Sezar Rodrigez "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alması barədə danışarkən belə deyib.

31 yaşlı hücumçu 27-ci dəqiqədə baş vermiş epizodda heç bir irad bildirmədən, özündən asılı olmayaraq, dizini tutaraq yerə yıxıldığını söyləyib:

"Rəqib qapıçı Şahruddin Məhəmmədəliyev mənə çox sərt irad bildirdi. Həmin an bu cür reaksiya verməklə səhv etdim. Ancaq rəqib qapıçının həmin anda belə sərt reaksiya göstərməsi və məni təxribata çəkməsi düzgün deyildi".

Amma bu dedikləri Xulio Sezar Rodrigesi ikinci cəzadan xilas etməyib. AFFA-nın kəsdiyi cəriməni öz cibindən ödəməli olacaq.

Masazır təmsilçisi həmin məbləğı cənubi amerikalı legionerin maaşından tutacaq. Üstəlik, klub tərəfindən ona əlavə cərimə də yazılıb. (sportinfo.az)