“Sabah”ın legioneri üçün əlamətdar oyun
- 05 Apr 2021 18:15
- 600
Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutmuş “Sabah” – “Qəbələ” oyunu meydan sahiblərinin müdafiəçisi Filip İvanoviç üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, serbiyalı futbolçu “Sabah”ın heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudur (55 oyun).
“Sabah” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.