AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Misli Premyer Liqası VIII tur

30.09.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

30.09.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

30.09.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Səbail” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun 7 nömrəli futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);

01.10.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

01.10.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

01.10.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

01.10.2023-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Zirə” oyununun 90+4-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);

 

I Liqa III tur

28.09.2023-cü il tarixində I Liqanın III turunun “Zaqatala” – MOİK oyununun 57-ci dəqiqəsində MOİK klubunun 8 nömrəli futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);

28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 80);

28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İmişli” klubu 100 manat cərimə edilir (maddə 77.1);

28.09.2023-cü il tarixində I Liqanın III turunun “İmişli” – “Şamaxı” görüşündə I Zonada “A buraxılış”sız şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 51.8);

29.09.2023-cü il tarixində I Liqanın III turunun “Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);

29.09.2023-cü il tarixində I Liqanın III turunun “Qaradağ Lökbatan” – “İrəvan” oyununun 87-ci dəqiqəsində “İrəvan” klubunun 9 nömrəli futbolçusu Ruslan Hacıyevin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İrəvan” klubu 200 manat cərimə edilir (maddə 40.2);

29.09.2023-cü il tarixində I Liqanın III turunun “Araz Saatlı” – “Mingəçevir” oyununun 70-ci dəqiqəsində “Araz Saatlı” klubunun 66 nömrəli futbolçusu Elşən Mirzəyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 41);

 

Əvəzedicilər liqası VIII tur

30.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Kəpəz-2” – “Qəbələ-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə (meydança sulanmadığına görə) “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 77.1);

30.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Qarabağ-2” komandası görüşün ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Turan Tovuz-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 51.2);

02.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

02.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37).