Belarusun "Şaxtyor klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Rekord.az  xəbər verir ki, Yuri Vernidub artıq kollektivə təqdim olunub. Ukraynalı mütəxəssisə Valeri Mixaylenko, Aleksandr Noqin və İqor Fokin kömək edəcəklər.

Ötən ildən komandaya rəhbərlik edən rusiyalı Sergey Taşuev istefaya göndərilib.

Vernidub hələ Belarus çempionatında işləmək üçün lisenziya almadığından "Şaxtyor"u qarşıdakı oyunda meydana Sergey Nikiforenko çıxaracaq.