AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasında keçirilən “Neftçi” PFK - “European Football Academy” oyununda “European Football Academy” komandasının futbolçusu Kənan Aslan qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən “European Football Academy” – “Sabah” FK oyununda “Sabah”ın köməkçi məşqçisi Nəbi Nəbizadə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

Yüksək Qızlar Liqasının “Baku Juniors” - “Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya” komandasının oyuna gəlməməsi səbəbindən baş tutmadığına görə Ağcabədi komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.