![photo](https://www.rekord.az/storage/uploads/5/sabah-60.jpg)
“Sabah”ın “Partizan”la oyununa 5000 bilet satılıb
- 10 Avq 2023 17:30
- 301
“Sabah”ın bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.