I Divizionda III tura yekun vurulub.

Rekord.az xəbər verir ki, “Sabah-2” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Zaqatala” ilə üz-üzə gəlib.

Masazır təmsilçisi qonaqlara 2:0 hesabıyla qalib gəlib. Ev sahiblərinin heyətində Fərid Kərimzadə (74) və Kamran Quliyev (82) fərqlənib.