“Sabah”ın qış hazırlıq planı bəlli olub.

Rekord.az xəbər verir ki, komanda yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

Qeyd edilən müddətdə komanda “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq. 

Toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.