"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa, İsrail) futbolçusu Stav Naxmanini satıb. 

Rekord.az xəbər verir ki, 21 yaşlı hücumçu "Aşdod"a (İsrail) keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Naxmani ilə 2 illik müqavilə imzalanıb.

Futbolçu ötən mövsümü icarə əsasında “Aşdod”da keçirmişdi.

“Sabah” və “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.