“Sabah”ın rəqibindən əzmkar qələbə
- 14 Avq 2023 00:43
- 342
"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" Serbiya çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Belqrad təmsilçisi 3-cü turda "Radniçki”ni qəbul edib.
“Sabah”ın rəqibi bu oyundan əzmkar qələbə ilə ayrılıb - 2:1. Bu qələbədən sonra xallarını 7-yə çatdıran paytaxt klubu üçüncü pilləyə yüksəlib.
"Sabah"la "Partizan" arasında ilk oyun Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşbı. Cavab görüşü avqustun 17-də Belqradda keçiriləcək.