"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" Serbiya çempionatında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Belqrad təmsilçisi 2-ci turda "Voyvodina"nın qonağı olub.

“Sabah”ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:0. Hesabı 47-ci dəqiqədə bu yay "Neftçi"ni "Partizan"a dəyişən Mateus Saldanya açıb. Digər qolu isə 74-cü dəqiqədə Kvensi Menig vurub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran paytaxt klubu dördüncü pilləyə yüksəlib.

"Sabah"la "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda keçiriləcək.