Rusiyanın "Krasnodar" klubu baş məşqçisi Murad Musayevlə müqaviləni uzadıb. 

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Krasnodar"ın Murad Musayevlə əvvəlki müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər idi. Tərəflər 2026-cı ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalayıblar.

Musayev 2021-ci ilin noyabr ayından bu ilin fevral ayının 1-dək "Sabah"a baş məşqilik edib. O, martın 14-dən “Krasnodar”ı çalışdırır. Musayevin komandası Rusiya Premyer Liqasının 2023/2024 mövsümünü 56 xalla 2-ci yerdə başa vurub.