![photo](https://www.rekord.az/storage/uploads/5/sabah2023-1.jpg)
“Sabah”ın sonuncu rəqibi bəlli oldu
- 17 İyl 2023 16:30
- 266
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, komanda toplanış çərçivəsində keçirəcəyi son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşacaq.
Görüş iyulun 19-da, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Əl-Sədd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.