Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

İki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.