“Sabah” 2023/24 mövsümü üçün oyun formalarını təqdim edib.

Rekord.az xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan formalar qara və ağ rəngdədir.

Ev oyunları üçün nəzərdə tutulmuş qara formanın üzərindəki yazılar Masazır gölünün rənginə uyğun olaraq çəhrayıdır. Səfər oyun forması isə ağ rəngdədir. 

Yeni formaların tezliklə onlayn mağazada satışda olacağı diqqətə çatdırılıb.