Yeni mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Qəbələ” ilə qarşılaşacaq.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Avqustun 7-də “Bank Respublika Arena” keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

“Sabah” mövsümlərarası fasilə dövründə “Zirə” (0:0), “Keşlə” (1:2), “Şukura” (1:0), “Samqurali” (0:1), “Telavi” (1:3) və “Saburtalo” (1:1) klublarıyla da yoxlama oyunları keçirib. “Qəbələ” isə iki dəfə “Zirə” (0:3, 2:1) və bir dəfə “Səbail”lə (3:2) qarşılaşıb.