Bu həftə Misli Premyer Liqasında mövsümün ilk yarısı başa çatacaq.

Rekord.az xəbər verir ki, “Qəbələ” 2023-cü ildə son oyununu evdə keçirəcək.

Bu komanda 18-ci turda “Sabah”la görüşəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş iki komanda arasında 25-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 24 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 12 dəfə uduzub.

İndiyədək keçirilən 24 matçdan 20-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 12 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 36:18.

“Qəbələ” evdə keçirdiyi 11 görüşdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15:13.

Xatırladaq ki, dekabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 16:00-da başlayacaq.