![photo](https://www.rekord.az/storage/uploads/5/azerbaycanpremyerliqasi.jpg)
“Sabah”la “Səbail”dən heç-heçə, “Neftçi”dən qələbə
- 30 Sen 2023 19:58
- 333
Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Turan Tovuz” doğma meydanda “Neftçi”ni sınağa çəkib. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar.
“Səbail” isə “Sabah”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəlib. Sabah “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” oyunları da baş tutacaq.
Misli Premyer Liqası
8-ci tur
30 sentyabr
“Turan Tovuz” – “Neftçi” 0:1
Qol: Aaron Olanare, 87.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu, 16:00
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare
Baş məşqçi: Adrian Mutu
“Səbail” – “Sabah” 2:2
Qollar: Yusif Nəbiyev, 28. Adi Mehremiç, 87 – Emmanuel Apeh, 41-pen. Anatoli Nuriyev, 83.
Qırmızı vərəqə: Boyan Letiç, 90+5.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”, 18:00.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 99. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.