AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.


“Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” komandası Əsasnamənin tələbini (maddə 3, bənd 20) pozduğuna görə 50 manat cərimə edilib.


“Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 73 nömrəli futbolçusu Əli Abbasov rəqib komandanın ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, “Sabah-2” komandası 200 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.


“Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının 71 nömrəli futbolçusu Bəhram Köçərli hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Səbail-2” komandası 300 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.


“Şamaxı-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.


“Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.