Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Sabah”la “Sumqayıt”ın yoxlama oyununda qarşılaşacağını xəbər vermişdik.

Rekord.az xəbər veriki, martın 28-də, Masazırda “Bank Respublika Arena”da keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. “Sabah” Premyer Liqada növbəti oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək. “Sumqayıt” isə lider “Neftçi”nin qonağı olacaq. Hər iki oyun aprelin 4-də keçiriləcək.