Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Həm Sabah", həm də "Sumqayıt" püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

"Sabah"ın potensial rəqibləri
“Makkabi” (Hayfa, İsrail)
“Astana” (Qazaxıstan)
AEK (Yunanıstan)
“Marsakloks” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi 

"Sumqayıt"ın potensial rəqibləri
“Başakşəhər” (Türkiyə)
“Hapoel” (İsrail)
“Omoniya” (Kipr)
“Fehervar” (Macarıstan)
“Sankt Qallen” (İsveçrə)

Qeyd edək ki, 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.