Fransanın “Tuluza” klubuna yeni prezident təyin olunub.

Rekord.az xəbər verir ki, Liqa 2 təmsilçisi Türkiyənin “Fənərbaxça” klubunun sabiq idman direktoru Damien Komolliyə həvalə edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. ABŞ-ın “RedBird Capital Partners” şirkətinin 85 faizlik hissəsinə sahib olduğu bu klubun sabiq prezidenti Olivye Sadra idi. Hansı ki, “Tuluza”nın səhmlərinin 15 faiz hissəsinə də məhz Sadra sahibdi.

47 yaşlı Komolli daha öncə “Monako”, “Arsenal”, “Sent-Etyen”, “Tottenhem”, “Liverpul” klublarında idman skaut və direktoru kimi fəaliyyət göstərib. Fransalı mütəxəssisin son iş yeri isə “Fənərbaxça” olub.

“Tuluza” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-də 2019/20 mövsümünün yekunlarına əsasən elitanı tərk edib və növbəti mövsümdən Liqa 2-də çalışacaq.