Sabiq futbolçu göldə boğuldu – 24 yaşında
- 06 İyl 2020 19:20
- 740
İngiltərənin “Nottingem Forest” klubunun sabiq futbolçusu Derrik Otim vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı keçmiş yarımmüdafiəçi, ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.
Otim, bu ilin mayında Xavyer Universitetindən məzun olmuşdu.
Sabiq yarımmüdafiəçi İngiltərənin “Nottingem Forest” klubunun akademiyasında çıxış edib. O, universitet oxumaq üçün 2015-ci ildə “Nottinhem Forest”dən ayrılmışdı.