Türkiyə Super Liqasının sabiq futbolçusu M.A. İstanbul Baş Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən saxlanılıb.

Rekord.az xəbər verir ki, o, silah qaçaqçılığında ittiham olunur.

Qanunsuz silah ticarətinin qarşısının alınması üçün keçirilən əməliyyat çərçivəsində saxlanılan sabiq futbolçunun yanında sənədsiz silahlar aşkarlanıb.

Onun evində və avtomobilində aparılan axtarış zamanı da külli miqdarda odlu silah ələ keçirilib. M.A. haqqında növbətçi məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.