Sabiq futbolçu ölkə prezidentliyinə namizəd oldu
- 26 Dek 2020 20:00
- 584
Paraqvay milli komandasının sabiq futbolçusu Xose Luis Çilavert prezidentliyə namizəd olub.
Rekord.az xəbər verir ki, bu barədə 55 yaşlı keçmiş qapıçı “tvitter” hesabında paylaşım edib.
Çilavert 2023-cü ildə Paraqvayda keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib.
Çilavert Paraqvay milli komandasında 74 oyunda 8 qol vurub. Sabiq qapıçı klub karyerasında 729 oyunda 59 qol vurmağı bacarıb.