Sabiq icra başçısı futbol komandası yaratdı
- 06 Sen 2021 15:43
- 606
Salyanın "kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.
Rekord.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb.
Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.
Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.