Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı FOTO
- 04 İyn 2020 15:42
- 629
Sabiq "Playboy" modeli - məşhur futbol agenti Anamariya Prodan Ruminiyanın "Hermanştadt" klubununn yeni sahibi olub.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı "Twitter" hesabında jurnalist Emanuel Roşu yayıb.
Roşu Azərbaycanda oynamış bir sıra legionerlərin də meneceri olan Prodanın stadionu ziyarət etdiyi fotonu da paylaşıb.
Futbolçulara 700 min avro borcu olan "Hermanştadt" maddi problemlər üzündən satılıb.
2015-ci ildə yaradılan Sibiu təmsilçisi Ruminiya çempionatının geridə qalan 26 turunda 25 xal yığıb. Sözügedən komanda hazırda turnir cədvəlində 10-cu pillədədi.