Sabiq “Qalatasaray”lının yeni klubu bəlli oldu
- 23 Dek 2019 18:27
- 821
Xorvatiyalı mütəxəssis İqor Tudor özünə yeni iş yeri tapıb.
Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsinin “Hayduk” (Split) klubu ilə anlaşıb.
Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vaxtilə bu komandanı çalışdırmış Tudor 5 illik fasilədən sonra “Hayduk”a dönüb. O, köhnə-yeni klubu ilə 2,5 illik müqaviləyə imza atıb.
Tudor 2013-2015-ci illər aralığında da “Hayduk”a rəhbərlik etmişdi. O, bu klubdan ayrılandan sonra Yunanıstan PAOK-unda, Türkiyə “Qalatasaray”ı ilə “Karabükspor”unda, həmçinin “Udineze”də (İtaliya) çalışıb.