“Lex”in ispaniyalı legioneri Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

 

Rekord.az xəbər verir ki, bunu Polşa klubunun 28 yaşlı yarımmüdafiəçisinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub.

2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib:

“MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.