Xəbər verdiyimiz kimi, yeni mövsümdən "Region Liqası"nda Xaçmaz da təmsil olunacaq.

Rekord.az komandaya veteran futbolçu Tural Cəlilovun başçılıq edəcəyini də yazmışdı.

Aldığımız yeni məlumata görə, sabiq "Xəzər Lənkəran" həm də futbolçu kimi meydançaya çıxmağa qərar verib. Yəni o, oynayan-məşqçi olacaq, həm baş məşqçi funksiyasını yerinə yetirəcək, həm də özü futbolçu kimi komandasına kömək edəcək.